Bütövləşmiş bir əqidə, bir amal...

Bütövləşmiş bir əqidə, bir amal...

Yazar Veb saytların hazırlanması

03 Noyabr 2020 15:00 1006


Dünyanın yadda qalan fəzilət sahibləri insanın kamilliyində, səadətə yetməsində xeyirli işlər görməsində, işıqlı, nurlu olmasında "Ədalətli Vicdan”ın zəruriliyini əsas şərt hesab edir. Nə yazıq ki, bu sarıdan axsamalar bir çoxlarını maska yeniləmək zorunda qoyur! Və əlbəttə unutmamalıyıq ki " Mən nələri edirəmsə oyam” formulası, "Ədalətli Vicdan” ın aynada görünən əksidir. Bəli, insan enerjisini, fəzilətli düşüncələrini, daha gərəkli, önəmli saydığı məsələlərin çağırışına  yönəli yol alırsa bu bir şəxsiyyət özgürlüyü olaraq, onun mahiyyət göstəricisinə çevrilir.

Bu gün Ulu Öndər Məktəbinin Xüsusi Məzunları tərəfindən ölkəmizdə aparılan ardıcıl proqram – derektivlər respublikanın hazırkı və gələcək xoşbəxt taleyinin əsaslarıdır demək " Ədalətli Vicdan”ın borcudur. Onu da demək əxlaq borcudur ki, bu bütövləşmiş düşüncənin Ali müəllifləri Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev, digər tərəf isə onun dönməz düşüncə əqidədaşı I Vitse- Prezident Mehriban Əliyevadır.

Gündəlik həyat nümunələri, necə deyərlər,  təkcə eşitdiklərimiz yox,  gördüklərimiz, bildiklərimiz bu sıradan göstərilə biləcək həqiqətlərdir. Şübhəsiz ki, yaxşılığı dəyərləndirmək nadan işi deyil, imanlı fikir sahiblərinin vicdan borcudur! Odur ki, izafi olaraq, faktoloji nümunələrə müraciət etməyə lüzum görmürük. Axı xalqımızın yüz illərdən bəri qoruyub saxladığı, yaddaşlarda möhürlənmiş "görünən dağa nə bələdçi” kimi onlarla əxlaq öyrədən " dərsləri” var. Neyləyək ki, bu dərslərdən keçməyənlər də az deyil!

Bəli, iki qoşa, ayrılmaz fikir-düşüncə Alilərinin qurub – yaratdıqlarını görməmək mənəvi korluqdan özgə nədir ki?! Bir xalq olaraq bizə qalan iki canda bir əqidə, bir amal daşıyıcıları olan Bütövləşmiş birliyin İlham – Mehriban birliyinin dünya çapındakı parlaq nümunəsindən fəxr duymaq və içdən gələn xeyir – duanı əsirgəməməkdir. Tanrı Sizi qorusun cənab İlham Əliyev, xanım Mehriban Əliyeva! Siz birlikdə güclüsüz, birlikdə əvəzsizsiz!

Və sonda, ey Günəşi danmaq üçün gözlərini qapadanlar, unutmayın ki, tərbiyə xoşbəxtlikdə bəzək, bədbəxtlikdə sığınacaqdır... Hamıya bəzəkli ömür arzusu ilə

Mübariz Telmanoğlu, Dövlət qulluğunun Baş müşaviri, yazıçı publisist


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!