“Bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyümüz davam edir” - Vaqif Dərgahlı

saytların hazırlanması

Evə çatdırılma

“Bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyümüz davam edir” - Vaqif Dərgahlı

Rəsmi

06 Oktyabr 2020 00:06 1066


"Hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin Azərbaycan Ordusunun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumat yalandır, heç bir əsası yoxdur və növbəti dezinformasiyadır. Sezar pizza

"Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır", - deyə Vaqif Dərgahlı qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!