“Bütün nəsil-kökümüz bilir ki, Hüseyn Dəryanın bir övladı var”

saytların hazırlanması

Evə çatdırılma

“Bütün nəsil-kökümüz bilir ki, Hüseyn Dəryanın bir övladı var”

Şou

08 Mart 2019 18:02 4549


Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizi qalmaqalı səngimək bilmir.

Dəryanın doğma bacısı Muradova Ofeliya ötən gün “Bizimləsən”in canlı efirinə zəng edib. Mərhum reperin bacısı şok iddialar səsləndirib: “5 il əvvəl bütün nəslə çatdı ki, Cahangir Hüseynin oğlu deyil. Sonanın özünü çağırdım, anası ilə də danışdım. Dedim “DNT analizi verin mən rahat olum. Anası da, özü də dedi ki, ümumiyyətlə, bizim nə vaxtımız var, nə halımız var. Zaur bəy, bir söz deyim mən. Ayşən mənim qardaşımın balasıdır. Bunu hər kəs bilir, bilməyənlər də bilsin. Kimin üçünsə bu, maraqlı deyilsə, qoy maraqlı olsun. Yəni, bilsin ki, Ayşə qardaşımın balasıdır, qanıdır, canıdır. Heç bir bacı yad bir övlada deməz ki, o, mənim qanımdır. Mən qan analizi vermişəm, bilirəm ki, Ayşən mənim qardaşımın yadigarıdır. Bütün nəsil-kökümüz bilir ki, Hüseyn Dəryanın bir övladı var. O da Ayşəndir”.

Qeyd edək ki, atalıq testi zamanı 15 genə baxılır. Əgər 15 gendən 15-i də uyğun olarsa, atalıq təsdiqini tapmış sayılır. Ayşənin DNT analizi zamanı 15 gendən 12-sində uyğunluq ortaya çıxıb. 15 genin üst-üstə düşməmək səbəbi isə 16 yaşlı qızın atasının həyatda olmadığı üçün məcburiyyətdən bibisi Ofeliya xanımdan qan nümunəsi götürülməsi qeyd edilib. Yəni, adamın özü olmadıqda qan qohumluğu digər şəxslərlə bu uyğunluq aparılırsa, bu cür hallar müşahidə oluna bilər. Sezar pizza

Xatırladaq ki, Ayşən Hüseynin ilk evliliyindən olan yeganə övladıdır. Sonra isə H.Dəryanın Sona adlı qadınla münasibətindən Cahangir adlı övladı dünyaya gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!