“Bütün qəbirlər suyun içindədir” - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu

saytların hazırlanması

Evə çatdırılma

“Bütün qəbirlər suyun içindədir” - Lənkəranda qəbiristanlıq yağış sularına qərq oldu

Sosial

08 Fevral 2025 00:59 452


İntensiv yağışlar nəticəsində Lənkəranın Şiləvar kəndi ərazisində yerləşən qəbiristanlığa su dolub.

Nəticədə, onlarla qəbir su altında qalıb, bir neçəsinə ziyan dəyib.

Yenisabah.az Baku TV-yə istinadla xəbər verir ki, məzarlığa ziyarətə gələn rayon sakini Hüseyn Ağayev qohumunun qəbrini tapa bilmədiyini söyləyib: pizza mizza

"Gəlib gördüm ki, qəbirlər suyun içindədir, keçmək mümkün deyil, qəbirləri tapmaq olmur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri də gəlib, suyu boşaltmağa kömək edirlər".

"Qəbiristanlığı su basıb. Məzarlığa girmək mümkün deyil. Hamısı suyun içindədir, təzə qəbirlər də çöküb", - rayon sakini Kamran Muradov deyib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin aidiyyəti qurumları əraziyə cəlb olunub, problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!