Bütün şəhid ailələri birdəfəlik müavinət alacaq-Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Bütün şəhid ailələri birdəfəlik müavinət alacaq-Yenilənib

Sosial

28 Yanvar 2019 20:10 1179


Prezident İlham Əliyev şəhid ailələri ilə bağlı daha bir fərman verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkə başçısı şəhid ailələri ilə bugünkü görüşdə məlumat verib.

Ölkə başçısı vaxtilə müavinətləri almış ailələrlə bağlı araşdırılmaların aparıldığını və onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuz təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını, bu səbəbdən 11 min alacaq şəhid ailələrinin sayının artdığını vurğulayıb. Toyuqlu pizza

Əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.

2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanıb. 

Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Prezidentin bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. 

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub. 

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək.

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!