Bütün sürücülərin DİQQƏTİNƏ! Bu havada avtomobil sürmək...

saytların hazırlanması

Evə çatdırılma

Bütün sürücülərin DİQQƏTİNƏ! Bu havada avtomobil sürmək...

Avto

10 Mart 2025 08:49 2497


Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalı artır. Xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sürücülərə növbəti xəbərdarlığında bildirilib:

“Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın! pizza hut

Qəfil manevrlərdən çəkinin!

İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!

Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin!

Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar.

Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!