“Bütün təxribatların arxasında Rusiya dayanır” -  Qarabağda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

“Bütün təxribatların arxasında Rusiya dayanır” - Qarabağda nə baş verir?

Siyasət

24 İyul 2023 12:15 1401


“Qarabağ separatçılarının hazırkı mitinqləri 90-cı illərin situasiyasını xatırladır. Aşağı-yuxarı bizim həmin dövrdəki vəziyyətimizlə eynidir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

O, Qarabağ separatçıların iyulun 25-dən etibarən Xankəndinin İntibah meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyalarına münasibət bildirib. Dördpendirli pizza

Xatırladaq ki, tanınmamış “DQR”in “dövlət naziri” Qurgen Nersisyan bu bəyanatla çıxış edərək bildirib ki, “Artsax xalqı” və ərazisi heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacaq. 

Separatçı rejimin nümayəndəsi, həmçinin əlavə edib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmət etmək və vahid mübarizəni bir daha təsdiqləmək üçün erməniləri İrəvan mərkəzində aksiyaya çağırıb. 

Öz növbəsində, A.Qasımlı söyləyib ki, o, bu etiraz aksiyalarını əlacsızlıq kimi qiymətləndirir. Onun fikrincə, müharibə şəraiti varsa və əvvəlki dövrlərdə qarşıdurmalar olubsa, burada aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkün deyil. 

“Digər tərəfdən, bütün bunların arxasında dayanan Rusiyadır. Rusiya bunu edərək dünyaya mesaj verməyə çalışır ki, guya Qarabağ ermənilərinin hüquqları pozulub və s. Amma Rusiya faktorundan daha çox bu, əlacsızlıqdan irəli gələn bir aksiyadır. Bunun indiki mərhələdə ciddi bir təsirinin olacağını gözləmirəm. Bunun yalnız o halda təsiri ola bilər ki, hazırda Ermənistanla Azərbaycana arasında gedən danışıqlar - hansı ki, Vaşinqton və Brüssel formatlarında həyata keçirilir - uğursuzluğa düçar olacaqsa və Qərb də bu danışıqlardan məmnum olmayıb onun perspektivini görməyəcəksə, onda bu aksiyaların bir mənası ola bilər ki, bizim hüquqlarımız pozulur və s. Lakin indiki mərhələdə bunun ciddi təsirinin olacağına inanmıram”, - müstəqil siyasətçi fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!