“Qarabağda baş verən hadisələrin məntiqi güc nisbəti ilə diktə edilir. Azərbaycan güclü dövlətdir, həm hərbi, həm də diplomatiya sahəsində uğur qazanıb və indi erməni tərəfini məcbur edir ki, Azərbaycanın şərtlərinə tabe olsun”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, separatçıların Bərdə görüşünə bağlı razılıq verməsi haqqında yayılan məlumatları şərh edib. pizza mizza
Z. Əlizadə bildirib ki, bu şərtlər içərisində qondarma “dağlıq Qarabağ” “liderləri”nin Azərbaycanla danışıqlara getməsi və Azərbaycanın şərtlərini qəbul etməsi durur:
“İndi danışıqları Samvel Babayan, Vitali Balasanyan, yaxud Araik Aurtyunyan edəcək, bunun Bakı üçün heç bir əhəmiyyəti yoxdur. Bunun əsas mahiyyəti odur ki, Azərbaycan qalib tərəf kimi ermənilərə xatırladır ki, siz heç bir zaman müharibənin nəticələrini unutmayın. Müharibə Azərbaycanın tam qələbəsi ilə yekunlaşıb. Ona görə də zəhmət çəkib şərtlərimizi qəbul edib. Əgər etməsəniz, təkrar güc, atəş və ölüm görəcəksiniz”.
“Onlar bunu anlayırlar, lakin əvvəl Fransa, İran, Rusiya, BMT-yə ümid edirdilər. Amma heç birində heç nə alınmadı. Onların bütün ümidləri puça çıxandan sonra quzu balası kimi gəlib Azərbaycanla danışmağa çıxıblar və şərtlərimizi qəbul etməyə razılaşıblar.
O ki qaldı Samvel Babayanın Bərdə görüşünə gəlmək məsələsinə, gələr, iştirak edər, günahını bir az yüngülləşdirər. Ona qarşı məhkəmə olar, cəzasını çəkər, sonra da əfv fərmanına düşüb sakit həyatını yaşayar. Məncə, bunlar adi şeylərdir”, – o fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız