ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin İrəvana işgüzar səfəri başlayıb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu dəqiqələrdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Buyar Osmani araslnda təkbətək söhbəti gedir. Görüş daha sonra geniş tərkibdə davam etdiriləcək. pizza
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin səfəri regional xarakter daşıyır. O, Ermənistana gəlməmişdən əvvəl Azərbaycanda olub. Onun Ermənistana iki günlük səfəri 12-13 aprel tarixlərindədir.
Telegram kanalımız