Cahangir Əsgərovun qazandığı pulun məbləği bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Cahangir Əsgərovun qazandığı pulun məbləği bəlli oldu

İqtisadiyyat

20 May 2025 08:56 1027


AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun "Premium Bank"dan qazancı məlum olub.

“Yeni Sabah” "Valyuta.az"-a istinadən xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdarı Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Zərifə Həmzəyeva bankda 84,5 % paya malik olub.

Bank 2024-cü il üzrə 7 milyon 56 min manat məbləğində dividend elan edib. Bu isə əvvəlki ilə nisbətən 30% azdır. Belə ki, bank 2023-cü il üzrə səhmdarlarına 10 milyon 120 min manat dividend ödəyib. Dominos pizza

Bu isə o deməkdir ki, bankın ödədiyi dividenddən Cahangir Hacıyevə çatan məbləğ 5 milyon 962 min manat təşkil edib.

Səhmlərin 15,2 %-i "VIP Aviation Services" MMC-yə aid olduğu üçün 1 milyon 72,5 min manat dividend şirkətə ödənilib. 21,5 min manat dividend isə 0,3 %-lik payçı Elvira Əhmədovaya ödənilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!