“Caliber”: Paşinyan ad gününü Qərbin isti qucağında keçirir - Video

saytların hazırlanması

Evə çatdırılma

“Caliber”: Paşinyan ad gününü Qərbin isti qucağında keçirir - Video

Siyasət

01 İyun 2021 19:14 1869


Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hazırda Fransada rəsmi səfərdədir. İyunun 1-i həm də onun ad günüdür və Ermənistan hökumətinin başçısı özü üçün əlamətdar olan bir günü Qərbin isti qucağında keçirir.

Yenisabah.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

“Beləliklə də Ermənistanın Baş naziri səlahiyyətlərinin icraçısı iyunun 1-də Parisə gəlib. Burada onu Emmanuel Makronun isti qucağı gözləyir (hər halda, ötən dəfə belə idi). Fransa prezidenti ilə danışıqlardan sonra ölkənin Milli Məclisi və Senat sədrləri Rişar Ferran və Jeron Larşe ilə açıq şəkildə protokol xarakterli görüşlər olacaq. Növbəti gündə isə Paşinyan NATO-nun yuvasında – Brüsseldə Avropa Şurasının sədri Şarl Mişellə görüşəcək. Toyuqlu pizza

Maraqlısı budur ki, faktiki olaraq diplomatik arxa cəbhənin yoxluğu Paşinyanı heç də narahat etmir. Belə ki, ötən ilin noyabrında təyin olunmuş ölkənin XİN başçısı Ara Ayvazyanın ardından, onun müavinləri, hətta nazirliyin mətbuat katibi də istefa verib.

Qeyd edək ki, öncəki xarici işlər naziri də Paşinyanla fikir ayrılıqları səbəbindən vəzifəsini tərk etmişdi. Görünən odur ki, hökumət başçısının istər diplomatlar, istərsə də hərbçilər olsun, peşəkarlara ehtiyacı yoxdur”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı “Caliber”in yeni süjetində:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!