“Caliber” Şuşaya “İskəndər M” raketinin atılmasının görüntülərini paylaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Caliber” Şuşaya “İskəndər M” raketinin atılmasının görüntülərini paylaşdı - Video

Hadisə

02 Aprel 2021 21:44 2632


“Caliber” layihəsinin “YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.

Süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin “İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.

“Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, - deyə süjetdə bildirilib. pizza sifarişi

Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən  “Elbrus” və ya “Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.

Daha ətraflı “Caliber”in süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!