Can Yaman saxlanılması ilə bağlı iddialara aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Can Yaman saxlanılması ilə bağlı iddialara aydınlıq gətirdi

Şou

24 Fevral 2026 22:05 455


Türkiyəli aktyor Can Yaman İtaliyada keçirilən 76-cı Sanremo Musiqi Festivalının açılış gecəsində aparıcılığa hazırlaşarkən, Türkiyədə saxlanıldığı barədə yayılan xəbərlərə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Yaman mətbuat nümayəndələrinə açıqlamasında bunun sadə yoxlamalar olduğunu və narkoloji testin nəticəsinin mənfi çıxdığını deyib. "Mənim tərəfimdən problem yoxdur. Yoxlandım, nəticəm mənfi oldu və 24 saat tamam olmadan sərbəst buraxıldım", - deyə o bildirib. Marqarita pizza

Fevralın 24-də start götürən festival fevralın 28-dək davam edəcək. Təşkilatçılar Karlo Konti və Laura Pausini olsa da, açılış gecəsində xüsusi qonaq və köməkçi aparıcı kimi Can Yaman səhnəyə çıxacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!