“Canavarlar kəndlərə hücum etməyə məcburdur”- Elman Yusifov

saytların hazırlanması

Evə çatdırılma

“Canavarlar kəndlərə hücum etməyə məcburdur”- Elman Yusifov

Sosial

18 Fevral 2019 18:42 1193


“Ümumiyyətlə, canavarların ovlanması qətiyyən olmaz. Keçmiş dövrlərdə belə bir şey var idi ki,  hər canavara görə  pul verirdilər. İndi artıq dünyada Berlin Konvensiyası var. Bütün mütərəqqi ölkələr bu konvensiyaya qoşulub”.

Bu sözləri “Yeni Sabah”a AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov kəndlərdə canavarların çoxalması ilə bağlı danışarkən deyib. 

“Bir sıra məməli, yırtıcı heyvanları, o cümlədən canavarları ovlamaq olmaz. Yəni ictimaiyyətə çatdırmaq lazımdır ki, bunu birmənalı qəbul etsinlər. Ümumiyyətlə, tək canavarlar deyil, çaqqallar da artıb. Bunun bir sıra səbəbləri var. Bu da insanlarla bağlıdır. Əslində canavarların sayı artmayıb. Onların yayıldığı ərazilər ki var insanlar həmin əraziləri onlardan alıblar. Yəni əkin sahələri, bağlar salınıb. Beləliklə, canavarlara düşən sahələr 10 dəfə azalıb. Həmin sahədə də canavarların sıxlığı artıb. İnsanlar canavarların yemlərini ovlayırlar.  Canavarlar da təsərrüfatlara hücum etməyə məcburdurlar”.  Toyuqlu pizza

Direktor bildirib ki, dünyada artıq bu mərhələni keçiblər:

“Müasir dünyada mal-qaranı müdafiə etməyin canavarları öldürməklə deyil, daha  effektiv metodları var. Buna internet vasitəsilə baxıb məlumat əldə etmək mümkündür. Həmin qoruyucu, nəzarətedici qurğuları  əldə etmək lazımdır. Ən sadəsi çəpərlərə zəif cərəyanın keçirilməsidir. Bu yolla onlar mal-qaralarını  daha yaxşı qoruyacaqlar. Çaqqalların çoxalmasının  digər səbəbi də qida qalıqlarıdır. Bəzi insanlar narazı olsa da xalqın rifahı getdikcə artır. Bu özünü həm şadlıq evlərində, həm də otellərin kənarındakı zibilliklərdə  göstərir. Bu zibilliklərdə qarğalar, sahibsiz itlər də çoxalır. Bağlı qutulara nəzarət etmək lazımdır. Həmin yerlərdə qida qalıqları çoxalır, canavar və çaqqallar da çox asan yol əldə edirlər. Gəlib oradan qidalanıb çoxalırlar. Beləliklə, kənd ərazisinə yaxınlaşırlar”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!