Goranboy rayonunda canavarlar qoyun sürüsünə hücum edib, 5 baş qoyunu parçalayıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Eyvazlılar kəndində baş verib. Kənd sakini Kamil Əhmədov özünün və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. Səs-küy edib vəhşi heyvanları uzaqlaşdırmağa çalışan yaşlı kişi, daha 2 canvarın da sürüyə yaxınlaşdığını görüb.
Qoyunları canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. pizza sifarişi
Eyvazlılar sakinləri canvarların otlaq sahələrində tez-tez göründüyünü, onların insanlara məhəl qoymadığını deyib.
Həmin gün canavarlar həmçinin qonşu kənd olan Bolusluda fermalardan birinə hücum edərək 1 baş qoyunu da yaralıyıb. Sakinlər vəhşi heyvanların daha böyük fəsadlar törədə biləcəklərindən ehtiyatlanırlar.
Telegram kanalımız