Canlı efirdə etiraf etdi: Emma əvvəlcə “yox” deyib

saytların hazırlanması

Evə çatdırılma

Canlı efirdə etiraf etdi: Emma əvvəlcə “yox” deyib

Şou

08 Aprel 2026 12:55 348


Müğənni Emma Ələkbərzadə “Sabahın xeyir, Azərbaycan!” proqramında “Maska” layihəsində keçirdiyi günlərdən söz açıb.

"Yeni Sabah" xəbər verir ki, ifaçı bildirib ki, ona ilk dəfə təklif olunanda qəbul etməyib. Səbəb kimi isə vaxt azlığını göstərib. Emma deyib ki, oğlu David axşam saat 6-da liseydən evə gəldiyi üçün əvvəlcə layihəyə qoşulmağın çətin olacağını düşünüb. Lakin sonradan fikrini dəyişərək iştirak etməyə razılaşıb.

Onun sözlərinə görə, çəkiliş prosesi zamanı istədiyi hər şey nəzərə alınıb, komanda ona xüsusi qayğı ilə yanaşıb.  Dördpendirli pizza

Emma Ələkbərzadə maska ilə səhnəyə çıxmağın isə heç də asan olmadığını vurğulayıb. O, maskanın kifayət qədər ağır olduğunu, başına taxılan əlavə qoruyucu hissələrin və boğaz nahiyəsinə çəkilən rezin bərkidicinin ciddi narahatlıq yaratdığını deyib. İfaçı məşqlər zamanı kostyumu dəfələrlə geyinib-çıxarmağın da onu xeyli yorduğunu qeyd edib.

Müğənni əlavə edib ki, layihədə əsas məqsədi qalibiyyət olmayıb. O, bu iştirakın onun üçün maraqlı təcrübəyə çevrildiyini və həyatının ən xoş xatirələrindən biri kimi qaldığını bildirib.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!