Canlı yayımda gözlənilməz olay – CBC Sport hamıya göstərdi

saytların hazırlanması

Evə çatdırılma

Canlı yayımda gözlənilməz olay – CBC Sport hamıya göstərdi

İdman

15 Aprel 2019 17:59 1388


Premyer Liqamızda maraqlı hadisə baş verib.

“Yeni Sabah” xəbər verir ki,  hadisə XXIV tur çərçivəsində keçirilən “Keşlə” – “Qəbələ” oyununda qeydə alınıb. “CBC Sport” kanalı ilə canlı yayımlanan oyunun 41-ci dəqiqəsində qonaq komandanın oyunçu Monzor zədələnir və meydanın kənarında müalicə edilir.

Müalicəsi bitəndən sonra oyuna daxil olmaq istəyən hücumçu oyunun dördüncü hakimə yaxınlaşır. Monroz hakimə zədəsini göstərmək üçün şortunu yuxarı qaldırarkən kamera onun intim orqanını canlı yayımlayır.  Dördpendirli pizza

Adətən, oyunlarda mübahisəli məqamları tutmağa çətinlik çəkən “CBC Sport” operatorları bunu necə bacardıqları sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Oyunlarına çox vaxt meydanlardakı qeyri-adi hadislərinə görə baxılan Premyer Liqamız bu həftəni də boş keçmədi. 

Qeyd edək ki, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!