Çaqqal qadınlara hücum çəkdi, xəsarət alanlar var – Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Çaqqal qadınlara hücum çəkdi, xəsarət alanlar var – Azərbaycanda

Hadisə

20 Sentyabr 2019 10:39 2417


Kürdəmir rayonunda iki qonşu qadın çaqqal hücumuna məruz qalıb.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Sucayət Kərim qızı Osmanova həyətyanı sahəsində işləyərkən qəfildən ona çaqqal hücum edərək xəsarət yetirib. Bu zaman qonşusunun köməyinə gələn 1961-ci il təvəllüdlü Minirə Sırac qızı Abdullayeva da vəhşi heyvanın hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dominos pizza

Qeyd edək ki, bu, son bir həftə ərzində rayon ərazisində qeydə alınan üçüncü hadisədir. Bundan üç gün əvvəl Mürtülü kənd sakini Ədibə Əlövsət qızı Qədirova həyətində çaqqal hücumu nəticəsində əl barmağı amputasiya olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!