Çaqqalın itə möhtac olması...

Çaqqalın itə möhtac olması...

Yazar Veb saytların hazırlanması

11 Sentyabr 2023 22:52 2745


Bilirsiniz, çaqqalın digər heyvanlardan əsas fərqi nədir?

Bilməyənlər üçün yazıram: çaqqal çox fürsətçil heyvandır. İki gözdə bir tük olsa, onu çəkməmiş rahatlıq tapmaz.

Qorxaq və yaltaq heyvandır. Gücünü ancaq özündən zəiflərə göstərir. İri heyvanların qabağında quyruq bulasa da, balaca və zəif heyvanları görəndə əsl yırtıcıya çevrilir. Kiçik heyvanları parçalamaqla gödənini doldurmaq onun köhnə peşəsidir.

Kənd uşağı olduğum üçün dəqiq bilirəm. Çaqqal həm də murdar heyvandır. Öz ərazisini sidik və nəcislə işarələməyi sevir.

Çaqqalın digər heyvanlardan əsas bir fərqi də var: onlar hər cür murdarlıq edə bilirlər. Məsələn, əksər yırtıcılardan fərqli olaraq, ölmüş heyvanın leşini iştahla yeyirlər...

Ermənilərlə çaqqalların oxşar xüsusiyyətləri çoxdur. Bu gün buna bir daha əmin olduq.

Yəqin xəbəriniz var, Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində mövcudluğunu müvəqqəti qorumağı bacaran separatçı rejimə məxsus erməni quldur dəstələri bu gün tülkünün belə ağlına gəlməyən təxribata əl atıblar. Onlar zavallı bir köpəyin boynuna uzaqdan idarə olunan partlayıcı qurğu bağlayaraq, Xocavənd rayonu ərazisində xidmət edən hərbçilərimizin üstünə göndəriblər. Hərbçilərimizin ayıq-sayıqlığı sayəsində böyük bir faciənin qarşısı alınıb.

Çaqqal itə möhtac olub. Kişi kimi mübarizə aparmağa cəsarətləri çatmadığı üçün belə alçaq üsullara əl atırlar. Mən ermənidən bundan artığını gözləmirdim. Yediyi qaba tüpürən adamlar hər cür naqisliyi edə bilərlər. Necə ki edirlər...

Dünyada heyvanların müdafiəsi ilə məşğul olan yüzlərlə təşkilat var. Səbirsizliklə həmin təşkilatın reaksiyasını gözləyirəm. Ümid edirəm ki, heç olmasa bu dəfə itdən çirkin məqsədləri üçün istifadə edən çaqqallar layiq olduqları yeri göstərəcəklər...

İt kəndlinin dostu, çaqqal isə düşmənidir. Çaqqalın peşəsi kəndlinin təsərrüfatına ziyan vurmaq, onun min bir əziyyətlə böyütdüyü toyuq-cücəni tələf etməkdir. Buna görə də kəndlinin əlinə keçəndə onun dərisini boğazından çıxarır.

Çətin gündə ona sığınacaq verən, bir tikə çörəyini yarı bölən qədim bir xalqa qarşı nankorluq edənlər çaqqalın aqibətini unutmamalıdırlar...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!