Çarpayıdakı qəzetlər... Foto

saytların hazırlanması

Evə çatdırılma

Çarpayıdakı qəzetlər... Foto

Xalqın səsi

12 Fevral 2019 18:18 1457


Son günlər Azərbaycanda gündəm olan mövzulardan biri də qəzetlərin hazırkı durumudur. KİVDF-nin maliyyə yardımını dayandırmasından sonra ölkədə bir neçə qəzet fəaliyyətinə son verdi. Digərləri isə yaşamaq üçün çabalarını davam etdirməkdədir.

Hətta bır sıra fikirlər səslənməyə başlayıb ki, artıq qəzet dövru bitib, onların nəşrini dayandırmaq ən doğru yoldur. Və qəzetlərin tarixə qovuşduğu da qeyd olunur.

Bu ərəfədə “Yeni Sabah”a qəzetlərimizin bugünkü gerçəkliyini olduğu kimi təsvir edən bir foto daxil olub. Foto bölgələrin birində qəzet köşkünü əks etdirir. Amma adı məhz “qəzet köşkü” olan bu obyektin vitrinində qəzet yox, xırdavatlar satılır. Qəzetin qoyulacağı yer başqa məhsullar tərəfindən zəbt olunub. Dördpendirli pizza

Qəzetlər isə köşkün qarşısına qoyulmuş çarpayıya “uzandırılıb”. Xəstəni yatağa uzadırmışlar kimi... 

Və ortaya gerçəkliyin fotosu çıxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!