Cavad Zərif generalın ailəsindən üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Cavad Zərif generalın ailəsindən üzr istədi

Siyasət

02 May 2021 20:17 966


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Xüsusi Qüvvələrinin qətlə yetirilmiş rəhbəri general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə üzr istəyib.

Yenisabah.az xəbər verir ki, Zərifin sözlərinə görə, İranda siyasi dairələrdə rezonans doğuran ifadələr bəzi qüvvələr tərəfindən siyasi alət kimi istifadə olunur.

“Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar”, - XİN başçısı instaqram səhifəsində yazıb. Marqarita pizza

Xatırladaq ki, Zərif general Süleymaninin Moskva ilə iş birliyinə girərək Qərb ölkələri ilə razılaşdırılmış nüvə proqramını sabotaj etdiyini deyib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!