Cavan qalmaq üçün oğlunun “qanını soran“ milyarder

saytların hazırlanması

Evə çatdırılma

Cavan qalmaq üçün oğlunun “qanını soran“ milyarder

Şou

24 May 2023 10:49 857


Zamanı dayandırmaq mümkün deyil, amma amerikalı sahibkar Brayan Conson gənc qalmaqda olduqca qətiyyətlidir.

Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, o bunun üçün ildə 2 milyon dollar xərcləyir.

45 yaşlı proqram tərtibatçısı qanköçürmə üçün 17 yaşlı oğlu Talmageni seçib. pizza hut

B. Conson keçən ay Dallas yaxınlığındakı klinikada 70 yaşlı atası Riçard və oğlu Talmage ilə bir saatlıq qan mübadilə əməliyyatı keçirib.

O, adətən naməlum donordan plazma alsa da, bu dəfə oğlu Talmage ona bir litr qan verib.

Conson açıqlamasında plazma mübadiləsindən tutmuş, rejiminə nəzarətə qədər 30 həkim və regenerativ sağlamlıq mütəxəssislərindən ibarət komanda ilə birgə işlədiyini bildirib.

Cavanlaşma metodunu bəzi ekspertlər nə etik, nə də elmi sayır.

Los-Ancelesdəki Milli Tibb Mərkəzinin biokimyaçısı Çarlz Brenner bu haqda deyib: "Bunun etibarlı müalicə olduğunu söyləmək çətindir. Mənim üçün bu üsul iyrənc, sübut olunmamış və nisbətən təhlükəlidir”.

30 yaşlarında şirkəti olan “Braintree Payment Solutions”ı “EBay”a 800 milyon dollara satan Brayan Consonun hər səhər səhər saat 5-də başlayan ciddi rejimi var. O, vitamin qəbul edib, rejimə idmanla və aşağı kalorili veqan pəhrizlə əməl edir. Hətta yatarkən gecə ərzində nə qədər ereksiyası olduğunu hesablayan cihaz var.

Onun hədəfi beyni, qaraciyəri, böyrəkləri, dişləri, dərisi, saçları, penisi və düz bağırsağı da daxil olmaqla, bütün əsas orqanlarının yeniyetməlik dövründə olduğu kimi işləməsini təmin etməkdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!