Cavanşir Quliyevin “Divan” əsərlər toplusu çap olundu

saytların hazırlanması

Evə çatdırılma

Cavanşir Quliyevin “Divan” əsərlər toplusu çap olundu

Mədəniyyət

26 Sentyabr 2019 18:29 1273


Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin iki cilddən ibarət “Divan” adlı əsərlər toplusu daxil olub.

Elmlər Akademiyasında “Yeni Sabah”a daxil olan məlumata görə, “Divan”ın I cildində C.Quliyevin ötən əsrin 70-ci illərinin sonu – 80-ci illərinin I yarısında gənc ikən bəstələdiyi əsərlər yer alıb. “Divan”ın II cildinə daxil edilən opuslar – bəstəkarın yaradıcılığının əsasən 2000-ci ildən sonrakı dövrünü əhatə edir.

Əsərin ön sözünün və şərhlərin müəllifi – Əməkdar incəsənət xadimi, müsiqişünas, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarın yaradıcılığının I dövrünə münasibət bildirərək qeyd edir ki, “yaradıcılıq məqsədinin təəccüb doğuracaq aydınlığı, həmin məqsədin janr, bədii qayə baxımından fərqli əsərlərdə heyrətamiz ixtiraçılıqla gerçəkləşdirilməsi, buradan irəli gələn nadir üslub vəhdəti gənc azərbaycanlı müəllifə güzəşt deyilən münasibəti büsbütün ləğv edir”.  pizza sifarişi

Z.Dadaşzadə vurğulayır ki, “Divan”ın hər iki cildinə daxil olan əsərlər bir növ Cavanşir Quliyev yaradıcılığının kvintessensiyasını təqdim edir: “Onlar konkret bədii qayə, həmin qayənin təcəssümü, instrumental heyət baxımından nə qədər fərqli olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini əyani sərgiləyirlər”. 

Qeyd olunur ki, bəstəkarın erkən əsərləri ilə yaradıcılığının sonrakı dövrü arasında kəskin fərq yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!