Çavuşoğlu Lavrovla görüşündən danışdı:   “Zarafatlaşdıq“

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu Lavrovla görüşündən danışdı: “Zarafatlaşdıq“

Siyasət

11 Mart 2022 13:52 452


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara münasibət bildirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı fikirləri təkzib edib.

“Qarşımızdakı xətlərin üzərində nöqtələr var idi. Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb”, - nazir vurğulayıb. Toyuqlu pizza

Qeyd edək ki, XİN başçıları birgə foto çəkdirərkən M.Çavuşoğlu S.Lavrovdan irəlidə dayanıb. Rusiyalı nazir isə həmkarından arxaya çəkilməsini istəsə də, M.Çavuşoğlu buna məhəl qoymayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!