Çavuşoğlu qırğız və tacik həmkarları ilə telefonla danışdı

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu qırğız və tacik həmkarları ilə telefonla danışdı

Siyasət

01 May 2021 19:21 663


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri ilə telefonla danışıb.

Yenisabah.az xəbər verir ki, M.Çavuşoğlu qırğız həmkarı Ruslan Kazakbayev və tacik həmkarı Sirocidin Muhriddin ilə ayrı-ayrılıqda telefonla danışarkən bildirib ki, Türkiyə iki qonşu, qardaş ölkə arasında yaranan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Nazir deyib ki, ehtiyac olacağı təqdirdə Türkiyə hər iki ölkəyə dəstək verməyə hazırdır. Marqarita pizza

M.Çavuşoğlu iki ölkə arasında imzalanan atəşkəs razılaşmasından Türkiyənin məmnun olduğunu ifadə edib.

 Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhəd bölgəsinin sakinləri arasında qarşıdurma olub və bu, sərhədçilər arasında silahlı münaqişəyə çevrilib. Qarşıdurmada təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Rəsmi Bişkek silahlı insident nəticəsində Qırğızıstan tərəfdən 31 nəfərin həlak olduğunu, 150-dən çox insanın yaralandığını açıqlayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!