Çay daşqını ilə bağlı komissiya yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Çay daşqını ilə bağlı komissiya yaradıldı

Sosial

18 Fevral 2019 02:13 1003


Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində ötən gün baş vermiş çay daşqını ilə əlaqədar olaraq komissiya yaradılıb.

Komissiya sel sularının yaratdığı fəsadları aradan qaldırması məqsədilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən yaradılıb. Hazırda komissiya təsərrüfatlara dəyən ziyanı hesablayır.

Qeyd edək ki, təbiət hadisəsi ötən gün rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq, ətraf ərazilərdə olan evlərin həyət və zirzəmilərini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb. Pepperoni pizza

Hadisə yerinə rayon icra hakimiyyətinin texnikaları cəlb edilib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ötən gecə və bu səhər hadisə yerində olub.

Qeyd edək ki, bu çay əvvələr də intensiv yağıntılar zamanı dəfələrlə daşıb.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!