Aprelin 29-30-da Qazax rayonu istiqamətində gedən döyüşlərdə düşmən ölkənin hərbi qulluqçuları Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən zərərsizləşdirilib.
Bu barədə Facebook səhifəsində ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan məlumat verib. O bildirib ki, Tavuş istiqamətində gedən döyüşlərdə bir hərbi qulluqçuları ağır yaralanıb. O, təcili olaraq vertalyotla İrəvana gətirilib.
Ermənistanın bəzi KİV-ləri isə atışma nəticəsində xeyli sayda əsgər və zabitin yaralandığını yazır. Aralarında ölənlərində olduğu deyilir. Toyuqlu pizza
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində DSX sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
Unikal.org
Telegram kanalımız