Cəbhədə vəziyyət necədir? - Ruslar ağır itki verir

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə vəziyyət necədir? - Ruslar ağır itki verir

Dünya

27 May 2022 09:59 814


Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın "Ka-52" helikopterini, "Orlan-10" tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib. pizza

Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir.

Qeyd olunub ki, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!