Cəbhədəki son durum haqda - İnfoqrafika

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədəki son durum haqda - İnfoqrafika

Rəsmi

24 Oktyabr 2020 08:04 2382


Türkiyənin Anadolu agentliyi Azərbaycan Ordusunun cəbhədə yaratdığı dönüş vəziyyəti ilə bağlı mükəmməl infoqrafika hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, infoqrafikada işğalçı Ermənistanın hərbi təxribatları nəticəsində sentyabrın 27-dən cəbhədə yaranmış qarşıdurmanın oktyabrın 22-dək olan statistikası xəritə üstündə əksini tapıb. 

Oxucuya məlumat verilir ki, ötən dövrdə müzəffər Azərbaycan Ordusu 117 yaşayış məskənini düşmən tapdağından azad edib. Prezident İlham Əliyevin oktyabrın 22-də sosial şəbəkə hesabında açıqladığı 20 kənd və bir qəsəbənin azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin tam şəkildə nəzarətə alınması barədə məlumat, həmçinin həmin yaşayış məskənlərinin adları infoqrafikada əksini tapıb. /Azərtac Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!