Cəbhəyanı kəndi əhatə edən yollar yenidən qurulur

saytların hazırlanması

Evə çatdırılma

Cəbhəyanı kəndi əhatə edən yollar yenidən qurulur

Avto

19 Fevral 2019 17:32 1181


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.

“Yeni Sabah” xəbər verir ki, Ağdam rayonunda cari ildə 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Artıq bu istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamılarına əsasən yenidənqurma işlərinə start verilib. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və ümumi uzunluğu 5.6 km olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yollarıdır.

Yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yolları uzun illər istismar olunduğundan və təmir arası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulmuşdur. Pepperoni pizza

Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 50 min kv.m-dən çoxdur. 

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki,  ümumilikdə 4 cəbhəyanı kəndi əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır:

“Yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!