Cəbrayılda kobud qayda pozuntuları törədən sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, yoxlamalar zamanı rayon ərazisində saxlanılan sürücü Q. Qocayevin narkotikin təsiri altında və sürücülük hüququ olmadan avtomibili idarə etdiyi müəyyən edilib.
Onun barəsində toplanmış material məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 20 gün müddətinə inzibati qaydada həbs olunub. pizza mizza
Bundan əlavə, keçirilən tədbirlər zamanı avtoxuliqanlıq hərəkətlərinə yol verən və spirtli içkinin təsiri altında avtomobil idarə edən 11 sürücü də müəyyən edilərək barələrində inzibati qaydada protokollar tərtib olunub.
Telegram kanalımız