Cəbrayılda düşmənin böyük hərbi kalonu belə məhv edildi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda düşmənin böyük hərbi kalonu belə məhv edildi - VİDEO

Hadisə

07 Fevral 2021 10:31 1761


44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu düşmənin təchizat kalonlarını, müdafiəsinin dərinliklərindəki hərbi obyektlərini dəqiq artilleriya və raket atəşləri ilə, o cümlədən zərbə pilotsuz təyyarələrlə məhv edirdi. Bu taktika düşmənin xüsusən cəbhənin cənub istiqamətindəki möhkəmləndirilmiş müdafiə xəttinin yarılmasında əhəmiyyətli rol oynadı. Çünki əlavə qüvvələrin yeridilməsi, sursat və ərzaq təchizatı pozulduğundan düşmən yeraltı bunkerlərdən və digər istehkamlardan ibarət müdafiə xəttində çox duruş gətirə bilmədi, Füzuli və Cəbrayıl istiqamətlərində qaçmağa üz tutdu.

Yenisabah.az xəbər verir ki, həmin döyüş əməliyyatları zamanı Azərbaycan Müdafiə Nazirliyi düşmənin hərbi kalonlarının necə məhv edildiyinə dair çoxsaylı videogörüntülər (əsasən pilotsuz aparatlardan çəkilmiş görüntülər) yayıb. İndi düşmənin böyük hərbi kalonunun Cəbrayıl ərazisində, Horadiz istiqamətində necə darmadağın edildiyinə dair yeni görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərə əsasən düşmənin çoxsaylı avtomobil texnikası və yüngül zirehli texnikası yol kənarlarına aşıb, darmadağın olub.

Bu zərbənin ya artilleriya sistemlərindən, ya Su-25 bombardmançısından endirildiyi təxmin edilir. (Virtualaz.org) pizza

Həmin videokadrları təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!