Çeçen blogger “Neolit” davasına görə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Çeçen blogger “Neolit” davasına görə həbs olundu

Dünya

18 Fevral 2019 01:09 1581


Moskvadakı “Neolit” restoranındakı insidentə görə məşhur çeçen bloggeri Əlixan Mirzəxanov həbs olunub.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Rusiyanın Dojd telekanalı məlumat yayıb. Bu haqda telekanala məlumat verən bloggerin qardaşı Mansur Mansurov bildirib ki, dünən FSB-nin 20 əməkdaşı onun yaşadığı evə basqın edib. 

Polis Ə. Mirzəxanovu həbs etdikdən sonra evdə axtarış aparıb. Ona “Bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq xuliqanlıq  etmə” maddəsi ilə ittiham irəli sürülüb. Amma M. Mansurov qardaşının həmin davada iştirak etmədiyini bildirib. pizza mizza

Qeyd edək ki, Mirzəxanovun 100 mindən çox izləyicisi olan İnstaqram səhifəsi var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!