Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş verən insident təxribatdır və mən bu cür təxribatlara uymamağa çağırıram.
Bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi, çeçen əsilli Zəlimxan Hüseynov bildirib. O, hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağıraraq deyib:
"Hörmətli qardaşlar, bu cür təxribatlara uymayın. Çünki bu hərəkətlər İslamın bütün normalarına ziddir. Mən Azərbaycanda sərbəst güləş üzrə millinin böyük məşqçisiyəm. Hər kəsi bir-birinə hörmət, səbr və qarşılıqlı anlaşma göstərməyə çağırıram". Sezar pizza
Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində münaqişə olub. Hadisə yerinə gələn polis əməkdaşları 18 nəfəri saxlayıb.
Trend
Telegram kanalımız