Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Çeçenistanda Avropanın ən böyük məscidi açıldı

Din

25 Avqust 2019 08:50 1621


Çeçenistanda yeni məscidin açılışı olub. Bu məscid İstanbuldakı Göy Məscid və Moskvadakı Xilaskar Məsih Kilsəsindən böyükdür.

Məscidin içində 30 mindən çox, ətrafında yerləşən ərazidə isə 70 minədək insan eyni anda ibadət edə bilər.

Məscidin yerləşdiyi Şali şəhərinin əhalisinin sayı 54 mindir. pizza mizza

Burada həmçinin Quran dərslərinin keçiriləcəyi məktəbin də açılışı olub.

Məscidə Məhəmməd Peyğəmbərin adı veriləcək. Bunu açılış mərasimində Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Bundan əvvəl deyilirdi ki, Şali sakinləri məscidə Kadırovun adının verilməsini istəyirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!