Çeçenlər yenidən azərbaycanlılara hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

Çeçenlər yenidən azərbaycanlılara hücum etdi

Dünya

13 Mart 2019 17:43 1240


Moskvanın Krasnıy Zor küçəsində üç nəfər naməlum şəxs iki azərbaycanlıya hücum edib. 

"Yeni Sabah" “İnterfax”a istinadən xəbər verir ki, hadisə yerli vaxtla dünən 18:30-da baş verib. Üç nəfər bıçaqla azərbaycanlılara hücum edərək, onlara xəsarət yetirib və hadisə yerindən qaçıblar.

Hadisədə şübhəli bilinən şəxslərdən biri saxlanılıb. Onun Moskvada yaşayan Çeçenistan vətəndaşı olduğu bildirilir.  Marqarita pizza

Faktla bağlı xuliqanlıq və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, bir neçə həftə əvvəl Moskvada çeçenlərlə azərbaycanlılar arasında ciddi münaqişə olmuşdu. Hətta hər iki tərəfin ağsaqqalları toplaşaraq iki xalq arasında heç bir problem olmadığını demiş, baş verənləri təxribat adlandırmışdılar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!