“Amazon”un qurucusu və baş direktoru Ceff Bezos bir gündə 20,5 milyard dollarlıq sərvətini itirib.
Yenisabah.az xəbər verir ki, aprelin 29-da ABŞ -ın “Nasdaq” birjasında “Amazon”un səhmləri 14 faizdən çox dəyər itirib.
58 yaşlı Bezosun sərvəti ilin əvvəlindən 43,9 milyard dollara düşüb. Bu günə olan məlumata görə, Bezos 148 milyard dollar sərvəti ilə Bloomberg milyarderlər indeksində ikinci yerdədir. pizza
Siyahıda birinci yerdə 249 milyard dollarlıq sərvətlə “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask qərarlaşıb. İlon Maskın sərvəti də ilin əvvəlindən 21,8 milyard dollar azalıb.
Şirkətin hesabatına görə, “Amazon” 2022-ci ilin birinci rübünü 3,8 milyard dollarlıq xalis zərərlə başa vurub.
Keçən ilin eyni dövründə 8,1 milyard dollar xalis mənfəət açıqlayan şirkət 2015-ci ildən bəri ilk dəfə rübdə zərər edib.
“Amazon” ikinci rüb üçün də gəlirini 121 milyard dollar qiymətləndirib.
Şirkətin bəyanatında Ukraynadakı müharibə, təchizat problemləri və inflyasiyanın son 40 ilin maksimum səviyyəsinə yüksəlməsi ilə bağlı artan xərclərə işarə edilib.
“Amazon”un baş direktoru Endi Cassy bildirib ki, pandemiya, daha sonra Ukraynadakı müharibə fövqəladə artım və çətinliklərə gətirib.
Telegram kanalımız