“Çəkim 50 kiloya düşüb, deyəsən öləcəm” – Qənirə Ataşova

saytların hazırlanması

Evə çatdırılma

“Çəkim 50 kiloya düşüb, deyəsən öləcəm” – Qənirə Ataşova

Şou

06 Fevral 2026 09:55 641


“Deyəsən, öləcəm. Amma ölmədən səhiyyəmizi öldürənləri göstərəcəm”.

“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova instaqram hesabında yazıb.

O, paylaşımında bir sıra vacib məsələlərə toxunub: Dominos pizza

“Azərbaycanda xalqıla həkimi üz-üzə qoyan kimdir? TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, yoxsa ayrılan dövlət büdcəsinin “yolda” əriməsi? Axı həm həkim, həm də xəstə eyni dövlətə vergi ödəyir amma sonda pulu görməyənlər bir-birinə baxıb günah axtarır. Həkim haqqını, xəstə də müalicə almalıdır. Gəlin görək xərclərlə əmək üst üstə düşürmü?”

Jurnalist bu barədə bir sıra araşdırmalar edəcəyini də qeyd edib:

“Başımın ağrısı bitər bitməz bu istiqamətdə araşdırmalara və canlı yayınlara başlayacam. Siz nə deyirsiz? Başlayım, yoxsa yox? “Həzrəti Abbas” haqqı baş ağrısından ölürəm, çəkim düşüb yenə 50 kq-a. Deyəsən, öləcəm. Amma ölmədən səhiyyəmizi öldürənləri göstərəcəm”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!