Cəlal Orucov yeni vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Cəlal Orucov yeni vəzifəyə təyin olundu

İqtisadiyyat

19 Fevral 2026 12:56 1338


Cəlal Orucov “Kapital Bank” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

“Yeni Sabah” Banker.az-a istinadən xəbər verir ki, bu Müşahidə Şurasının qərarı ilə reallaşıb.

Qərara əsasən Cəlal Orucov bankın İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb. Pepperoni pizza

O, “Kapital Bank”ın Ödənişlər biznesinə və “PashaPay”ə rəhbərlik edəcək.

Xatırladaq ki, Cəlal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, PAŞA Bank-da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda PAŞA Kapital-da Müşahidə Şurasının üzvüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!