Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda 10 yaşlı uşaq iynə vurulandan sonra öldü

Kriminal

12 Mart 2019 14:33 1083


Cəlilabadda 10 yaşlı uşağa iynə vurulandan sonra vəziyyəti ağırlaşıb.

Hadisə mart ayının 6-da rayonun Qarazəncir kəndində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Elnar Mustafayev mərkəzi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Meyitə baxış zamanı sağ və sol sağrı nahiyəsində nöqtə şəkilli ətrafları qansızmalı ineksiya yerlərindən başqa xəsarət aşkar olunmayıb. pizza mizza

Məlum olub ki, anası Əfsanə Cəfərova xəstə övladını müalicə etdirmək üçün əczaçılıq məktəbini bitirmiş, hazırda rəsmi olaraq işləməyən kənd sakini Sevda Xəlilovanın evinə aparıb. Əczaçı Elnarı müayinə edərək boğaz nahiyəsinə pambıqla “liqol” dərmanı sürtüb, seftriaksion” iynəsi ilə prob qoyub. Daha sonra xəstənin halı pisləşdiyi üçün 0,5 qram “deksametazon” iynəsi vurub. Huşsuz vəziyyətə düşən uşaq rayon mərkəzi xəstəxanasına aparılan zaman ölüb. 

Cəlilabad Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb.

Qafqazinfo

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!