Cəlilabadda 52 yaşlı kişi qətlə yetirildi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda 52 yaşlı kişi qətlə yetirildi - YENİLƏNDİ

Kriminal

16 Fevral 2026 16:39 482


Fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə “Yeni Sabah”a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.   

İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  pizza hut

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

15:49

Cəlilabadda qətl hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, fevralın 16-da saat 13 radələrində 52 yaşlı Azər Baxşiyev kəsici alətdən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb və orda ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!