Cəlilabadda ağır qəza:   Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ağır qəza: Ölən və yaralanan var

Hadisə

17 Mart 2026 15:43 469


Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Yeni Sabah” “Report”a istinadən bildirir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, Səbran Əliyevin idarə etdiyi “Kia Rio” markalı avtomobillə digər rayon sakini, Kamran Quliyevin idarə etdiyi “Changan” markalı avtomobil toqquşub. Daha sonra “Changan” uşaq bağçasının dəmir məhəccərlərinə çırpılıb. Marqarita pizza

Qəza nəticəsində hər iki sürücü bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib. “Changan” markalı avtomobildə olan sərnişin, Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Bəşirov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!