Cəlilabadda avtomobil yanaraq kül oldu

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda avtomobil yanaraq kül oldu

Hadisə

03 Avqust 2025 21:43 438


Cəlilabad rayonunda minik avtomobili yanıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Zaur Ağayevə məxsus olan "VAZ 2106" markalı avtomobil qəfildən alışıb. pizza sifarişi

Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Lakin avtomobil tamamilə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!