Cəlilabadda məktəbli itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda məktəbli itkin düşdü

Rəsmi

31 May 2019 07:54 1552


Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.

Bu barədə onun atası Elman Miriyev məlumat verib.

Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub. pizza sifarişi

Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.

Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!