Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
“KamAZ” ilə “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə üç nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dominos pizza
Hazırda yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız