“Çelsi” qalmaqalın mərkəzində:   Federasiya hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi” qalmaqalın mərkəzində: Federasiya hərəkətə keçdi

İdman

10 Yanvar 2026 09:08 510


İngiltərə Futbol Assosiasiyası “Çelsi” klubu ilə bağlı intizam araşdırmasına start verib.

"Yeni Sabah" Britaniya KİV-lərinə istinadla xəbər verir ki, buna Premyer Liqa çərçivəsində “Aston Villa” ilə keçirilən oyundan sonra yaşanan insident səbəb olub.

Dekabrın 27-də “Stemford Bric” stadionunda baş tutan və London təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşan qarşılaşmadan sonra qalmaqallı hadisə qeydə alınıb. Oyunun bitiş fitindən sonra “Aston Villa”nın ehtiyat oyunçular skamyasına plastik butulka atılıb. Nəticədə qonaq komandanın futbolçuları və texniki heyətinin üzvləri suya bələnib. “Aston Villa” tərəfi bildirib ki, butulka meydan sahiblərinin skamyasından, rəqibin oyunda vaxt uzatmasına etiraz məqsədi ilə atılıb. pizza hut

Baş verənlər Futbol Assosiasiyasının diqqətindən kənarda qalmayıb. Qurum “Çelsi”ni futbolçu və ya klub nümayəndələrinin etik normalara zidd davranışına görə rəsmi şəkildə ittiham edib. Klubun bu məsələ ilə bağlı izahat təqdim etməsi üçün yanvarın 12-dək vaxtı var.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!