“Çelsi”dən sürpriz qərar:   Yeni baş məşqçi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi”dən sürpriz qərar: Yeni baş məşqçi bəlli oldu

İdman

06 Yanvar 2026 15:49 511


Liam Rozenioru İngiltərənin “Çelsi” futbol klubunun yeni baş məşqçi təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

41 yaşlı ingilis mütəxəssislə 2032-ci ilə qədər müqavilə imzalanıb.  pizza mizza

N.Rozenior məşqçilik karyerası ərzində “Derbi Kaunti”, “Hall Siti” və son olaraq Fransanın “Strasburq” klubunda çalışıb.

Enzo Mareskanın rəhbərliyi altında Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyən “Çelsi” 20 turdan sonra 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. UEFA Çempionlar Liqasında isə 10 xal toplayan “Mavilər” hazırda 13-cü yerdədir.

Qeyd edək ki, “Çelsi” klubunda baş məşqçi postu Enzo Mareskanın vəzifədən ayrılmasından sonra boş qalmışdı.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!