“Çelsi“yə qadağa

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“yə qadağa

İdman

22 Fevral 2019 22:53 1052


FİFA "Çelsi" klubuna qarşıdakı iki transfer pəncərəsi dövründə yeni futbolçu almağı qadağan edib.

Buna London təmsilçisinin azyaşlı oyunçuların alınması zamanı beynəlxalq qaydaları pozması səbəb olub. "Zadəganlar"ın yeni futbolçuların transferi və qeydiyyatında 29 qayda pozuntusuna yol verdiyi  aşkarlanıb. 

Paytaxt klubu qarşıdakı yay və qış transfer dövrlərində heyətinə yeni futbolçu qata bilməyəcək. Bundan başqa, klub 600 min İsveçrə frankı (təqribən 530 min avro) məbləğində cərimələnib. Qadağa qadın və futzal kollektivləri istisna olunmaqla, "Çelsi"nin bütün komandalarına şamil olunur. Toyuqlu pizza

Qeyd edək ki, qərar hələ qüvvəyə minmədiyindən "Çelsi" rəhbərliyi apellyasiya şikayəti verə, daha sonra isə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!