Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”da -   Foto/Video

saytların hazırlanması

Evə çatdırılma

Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”da - Foto/Video

Mədəniyyət

25 Oktyabr 2019 16:38 1599


“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler” komediyasının premyerası baş tutub.

Bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. Ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan dörd dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir. İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.

Ayzek rolunu Cem Yılmaz ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur. Filmlərdə baş rolları Zafer Algöz, Özkan Uğur canlandırıb. pizza sifarişi

Tədbirin sponsorları: “Cinema Distribution” və “Şeh Su”dur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!