Hər il noyabrın son cümə günü ABŞ-də"Qara Cümə" (Black Friday) satışları, böyük endirimlərlə yadda qalır. İnsanlar mağazalarda gecə yarısından növbəyə dayanır, onlayn platformalar rekord satış həcmi ilə idarə olunur. Lakin həddindən artıq çox və rəqabətli hadisələr maraqlı və təsirli hadisələrlə nəticələnə bilir.
Yenisabah.az xəbər verir ki, bu il Amerikada bir texnologiya mağazası da böyük endirimlər edib.
Həmin endirimlərdən yararlanan və cəmi 10 dollara son model "İphone" markalı telefon alan qadının sevindiyi anlar marağa səbəb olub. Qadın “iPhone” alarkən sevincindən qışqıraraq xoşbəxtliyini ifadə edib. Sosial mediada sürətlə yayılan bu video qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Dominos pizza
Bu qədər böyük endirimin necə baş verdiyi barədə hələlik rəsmi açıqlama yoxdur. Bəzi mənbələr bu vəziyyətin sistem xətası və ya xüsusi kampaniya nəticəsində baş verdiyini irəli sürür. Lakin mağaza rəsmiləri hələlik məsələ ilə bağlı geniş açıqlama verməyib.
Bəzi sosial şəbəkə istifadəçiləri mağazanın bu vəziyyətdən istifadə edərək daha çox müştəri cəlb etməyə çalışdığını, görüntülərin saxta reklam olduğunu iddia edirlər.
Hadisədən sonra texnologiya dünyasında qiymətlərin daha da aşağı düşəcəyi ilə bağlı proqnozlar verilir. Lakin ekspertlər bunun müstəsna hal olduğunu və qiymətlərin uzunmüddətli perspektivdə ciddi dəyişməyəcəyini bildirirlər.
Əsmətxanım
Telegram kanalımız